Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 22:50
Litva hökuməti Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyaya qarşı sanksiyalar çərçivəsində Rusiyadan gələn turistlərə viza qadağası qoymağa çağırıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Litvanın xarici işlər naziri Qabrielius Landsbergis açıqlama verib.
O, rus turistlərə qarşı viza qadağası ilə bağlı mətbuata verdiyi açıqlamada, "Avropa yönümlü bir həll axtardığını" və bu həllin daha "davamlı" və "qanuni" olduğunu bildirib.
Landsbergis, "Əgər belə bir həll tapılmasa, regional həll yolu axtarmaqdan çəkinməyəcəyik" deyib.