Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alp dağlarının zirvəsində ''foto'' həvəsi ölümlə bitdi

Alp dağlarının zirvəsində ''foto'' həvəsi  ölümlə bitdi

Tarix: 23 Avqust 2022 22:58

Alp dağlarının zirvəsində dostunun fotosunu çəkmək istəyən şəxs yıxılaraq həyatını itirib.

Polisin verdiyi məlumata görə, 77 yaşlı alman kişi və onun 63 yaşlı ispan qadın dostu dəniz səviyyəsindən 2870 metr yüksəklikdə, Alp dağlarının ərazisinə, Avstriya-İsveçrə sərhəddinə yürüş ediblər.

Zirvədə dostunun fotosunu çəkdikdən sonra müvazinətini itirən şəxs təxminən 60 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Ölən şəxsin cəsədi düşdüyü yerdən polis helikopteri tərəfindən çıxarılıb.


Etiketlər:  dağlarının zirvəsində foto həvəsi ölümlə bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ