Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2022 05:44
Hindistanda vəhşi ayı meşəyə girən qadını parçalayıb və ona kömək etməyə çalışan əri və qızını şikəst edib.
Sonxeber.net bildirir ki, bu barədə Prameyanews.com xəbər verir.
Hücum bazar ertəsi, avqustun 22-də Odişa ştatında baş verib. Tangam kəndinin Buduli Mallik adlı yaşlı sakini odun yığmaq üçün meşəyə gedib. Hindistanlı qadın ayı ona hücum edən zaman evdən çox da uzaqda olmayıb.
Mallikin fəryadını əri Bunça və qızı Sunita eşidib. Onlar köməyə tələssələr də, qohumunu xilas edə bilməyiblər və özləri də ağır xəsarət alıblar. Ayı hücumu nəticəsində Buduli Mallik ölüb, əri və qızı ağır vəziyyətdə Baliquda şəhərində xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn yerli Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları vəhşi heyvanın hücumu nəticəsində həlak olanların yaxınlarına birdəfəlik təzminat kimi 14 min rupi (təxminən 175 dollar) veriblər. Hadisənin baş vermə şəraiti tam araşdırıldıqdan sonra zərərçəkənlər və onların yaxınları hökumətdən daha 400 min rupi (5000 dollar) təzminat alacaqlar.
İrfan Vəliyev