Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayvazyanın yaxtası batdı

Ayvazyanın yaxtası batdı

Tarix: 25 Avqust 2022 08:38

İtaliyanın Katanzaro şəhəri yaxınlığında İon dənizində 40 metrlik yaxta batıb.

Bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.

Söhbət "Kuzbassrazrezugol" holdinqin ortaq sahibi və "Krutrade" şirkətinin direktorlar şurasının sədri Gennadi Ayvazyana məxsus olduğu iddia edilən "May Saga" yaxtasından gedir.

Hadisə bir neçə gün əvvəl sahildən doqquz dəniz mili aralıda baş verib: yaxta Puglia bölgəsindəki Gelipoli limanını tərk edərək Siciliyanın şimal-şərq sahilindəki Milazzoya gedib.

Xidmətin məlumatına görə, yaxtanın dağıldığı yerdə xilasetmə əməliyyatı həyata keçirilib, 4 sərnişin və 5 ekipaj üzvü xilas edilib.

Milli.Az


Etiketlər:  Ayvazyanın yaxtası batdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR