Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mikroavtobus mağazaya çırpıldı - Yaralılar var

Mikroavtobus mağazaya çırpıldı - Yaralılar var

Tarix: 25 Avqust 2022 08:42

Göygöldə mikroavtobus qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində 15 saylı marşrut xətti üzrə hərəkət edən mikroavtobus "VAZ" markalı minik avtomobili ilə toqquşub. Sonra mikroavtobus yolun kənarında olan mağazaya çırpılıb. Hadisə zamanı 2 sərnişin və mağazanın qarşısında dayanan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mikroavtobus mağazaya çırpıldı Yaralılar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ