Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda 59 yaşlı qadını avtomobil vurub

Tovuzda 59 yaşlı qadını avtomobil vurub

Tarix: 25 Avqust 2022 08:48

Tovuzda 59 yaşlı qadını avtomobil vurub.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Hüseynova Gülxanım İslam qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beynin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Tovuzda yaşlı qadını avtomobil vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ