Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 12:10
Əməkdar artist Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.
Sonxeber.net xəbər verir ki, olay-ın əldə etdiyi məlumata görə, məşhur müğənnidən 4-cü dərəcəli ağır xəstəlik bir müddət əvvəl aşkarlanıb.
A. Bəylər artıq müalicələrə başladığı iddia olunub və səhhəti normaldır.
Olay məsələ ilə bağlı Əməkdar artistlə əlaqə saxlayıb. Köməkçisi sənətçinin vəziyyətinin yaxşı olduğunu vurğulayıb:
"Şükür Allaha salamatlıqdır. Belə şeylərə ehtiyac yoxdu. O boyda sənətkardır, sənəti ilə maraqlanın. Səhhəti yaxşıdır, əladır, yerindədir. Hər şey qaydasındadır".