Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 23:42
Yaponiya 2023-cü ilin yayından etibarən daha 7 nüvə reaktorunu yenidən işə salacaq.
Bu barədə Yaponiya Baş naziri Fumio Kişida məlumat verib.
Onun sözlərinə görə, Yaponiya hökumətinin nüvə reaktorlarını işə salmasının səbəbi ölkənin elektrik şəbəkəsi sahəsinə yeni yüklənmənin qarşısını almaq və enerji idxalı asılılığını azaltmaqdır.
Qeyd edək ki, 2011-ci ildə Fukuşima-1 AES-də baş verən qəzadan sonra yenidən işə salınan nüvə stansiyalarının sayı 17-ə yüksələcək.