Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqasında pley-off mərhələsinə yekun vuruldu

Konfrans Liqasında pley-off mərhələsinə yekun vuruldu

Tarix: 26 Avqust 2022 07:12

Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə 21 qarşılaşma baş tutub.

Daha öncə İsveçin "Yurqarden" komandası Kipr APOEL-ini iki oyunun yekununda mübarizədən kənarlaşdırmağı bacarmışdı. Bu gün isə daha 21 komanda qrup mərhələsinə vəsiqə qazanıb. "Qəbələ"ni 2-ci raundda mübarizədən kənarlaşdırmış Macarıstan "Fehervar"ı doğma meydanda Almaniyanın "Köln" klubuna 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. "Zirə"nin yolunu kəsən Təl-Əviv "Makkabi"si də Fransanın "Nitsa" komandasını keçə bilməyib. "Neftçi"ni Konfrans Liqasından kənarda qoyan Avstriya "Rapid"i də Lixtenşteyn "Vaduts"u ilə bacarmayıb.

Türkiyə təmsilçisi "Başakşəhər" doğma meydanda "sülh bağladığı" Belçika "Antverpen"inə səfərdə qalib gəlməklə qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
23 avqust

APOEL (Kipr) - Yurqarden (İsveç) 3:2
İlk oyun - 0:3

25 avqust

AİK (İsveç) - Slovaçko (Çexiya) 0:1
İlk oyun - 0:3

Bazel (İsveçrə) - ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
İlk oyun - 0:1

ÇFR Kluj (Rumıniya) - Maribor (Sloveniya) 1:0
İlk oyun - 0:0

Hapoel (Beer-Şeva, İsrail) - Universitatya (Krayova, Rumıniya) 1:1 (penaltilər 4:3)
İlk oyun - 1:1

Fehervar (Macarıstan) - Köln (Almaniya) 0:3
İlk oyun - 2:1

Slaviya (Praqa, Çexiya) - Rakuv (Polşa) 2:0
İlk oyun - 1:2

Tvente (Niderland) - Fiorentina (İtaliya) 0:0
İlk oyun - 1:2

Viborq (Danimarka) - Vest Hem (İngiltərə) 0:3
İlk oyun - 1:3

Vikinq (Norveç) - Styaua (Rumıniya) 1:3
İlk oyun - 2:1

Volfsberger (Avstriya) - Molde (Norveç) 0:4
İlk oyun - 1:0

Anderlext (Belçika) - Yanq Boyz (İsveçrə) 0:1 (penaltilər 3:1)
İlk oyun - 1:0

Balkani (Kosovo) - Şkupi (Şimali Makedoniya) 1:0
İlk oyun - 2:1

Hamrun Spartans (Malta) - Partizan (Serbiya) 3:3
İlk oyun - 1:4

Nitsa (Fransa) - Makkabi (Təl-Əviv, İsrail) 2:0
İlk oyun - 0:1

Düdelanj (Lüksemburq) - Lex (Polşa) 1:1
İlk oyun - 0:2

Slovan (Bratislava, Slovakiya) - Zrinski (Bosniya və Herseqovina) 2:1 (penaltilər 6:5)
İlk oyun - 0:1

Antverpen (Belçika) - Başakşəhər (Türkiyə) 1:3
İlk oyun - 1:1

Linfild (Şimali İrlandiya) - RFS (Latviya) 1:1 (penaltilər 2:4)
İlk oyun - 2:2

Jil Visente (Portuqaliya) - Alkmaar (Niderland) 1:2
İlk oyun - 0:4

Hayduk (Xorvatiya) - Vilyarreal (İspaniya) 0:2
İlk oyun - 2:4

Rapid (Avstriya) - Vaduts (Lixtenşteyn) 0:1
İlk oyun - 1:1

Milli.Az


Etiketlər:  Konfrans Liqasında pley off mərhələsinə yekun vuruldu


RƏYLƏR