Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç aylıq oğlunu hasardan atdı

Üç aylıq oğlunu hasardan atdı

Tarix: 27 Avqust 2022 15:34

Rusiyada Volqoqrad vilayətinin Kommunar kənd sakini həyat yoldaşı ilə mübahisə edərək üç aylıq oğlunu hasardan atıb.

Sonxeber.net bildirir ki, Kp.ru yazır ki, ciddi xəsarət alan uşaq reanimasiyaya yerləşdirilib.

Nəşrin məlumatına görə, 25 yaşlı rusiyalı həyat yoldaşı ilə mübahisə edib və emosiyalara qapılaraq körpəni onun əlindən alıb. Uşaq təcili xəstəxanaya yerləşdirilib.

Hazırda həkimlər körpənin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Hadisədən sonra uşaq uzun müddət reabilitasiya keçməlidir.

Cütlüyün qonşuları müstəntiqlərə tez-tez içki içdiklərini və münasibətləri zorakılıqla həll etdiklərini bildiriblər. Qadının əvvəlki nikahdan bir neçə övladı var.

Ataya qarşı cinayət işi açılıb. Həmin şəxs artıq həbs edilib. İndi hüquq-mühafizə orqanları hadisənin digər səbəblərini müəyyənləşdirməyə davam edir.

İrfan Vəliyev


Etiketlər:  Üç aylıq oğlunu hasardan atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ