Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa çempionatı: Azərbaycan şahmatçısı erməniyə QALİB GƏLDİ

Avropa çempionatı: Azərbaycan şahmatçısı erməniyə QALİB GƏLDİ

Tarix: 29 Avqust 2022 22:22

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.


Etiketlər:  Avropa çempionatı Azərbaycan şahmatçısı erməniyə QALİB GƏLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ