Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzyiqi və şəkəri olanlar üçün XƏBƏR

Təzyiqi və şəkəri olanlar üçün XƏBƏR

Tarix: 27 Sentyabr 2019 14:16

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 29-da Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Səhiyyə Nazirliyinin dəstəyi ilə xeyriyyə aksiyası keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümümdünya Ürək Gününə həsr olunmuş aksiya zamanı ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr əks olunan bukletlər paylanılacaq.

Eyni zamanda, müraciət edən şəxslərin arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək, qanda şəkərin səviyyəsi təyin ediləcək, arterial təzyiqin gün ərzində monitorlaşmasının əhəmiyyəti başa salınacaq və aparılma üsulu əyani şəkildə nümayiş etdiriləcək.

Qeyd edək ki, aksiya saat 12:00-da Gənclik Mall-da keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Təzyiqi şəkəri olanlar üçün XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ