Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ad günlərini, toyları apara bilərəm" - Conni Depp - VİDEO

Tarix: 30 Avqust 2022 19:25

Aktyor Conni Depp MTV musiqi mükafatlarının təqdimetmə mərasimində Ay adamı ("Moonman") obrazında görünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 59 yaşlı sənətçi ABŞ-ın Nyuark şəhərindəki Prudenşal-Sentr idman kompleksinin səhnəsi üzərində holoqram şəklində peyda olub. Skafandrın içindən səslənən aktyor ona pul lazım olduğunu söyləyib. "Bilirsiniz, nə var? Mənə iş lazım idi", - deyə o bildirib.  

"Uşaqlar, mən ad günlərini, toyları apara bilərəm, nə istəsəniz, edə bilərəm. Mən həm də diş həkimiyəm", - deyə o zarafat edib.

Milli.Az


Etiketlər:  Ad günlərini toyları apara bilərəm Conni Depp VİDEO


RƏYLƏR