Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladını acından öldürdü: Ömürlük həbs cəzası aldı

Övladını acından öldürdü: Ömürlük həbs  cəzası aldı

Tarix: 30 Avqust 2022 23:00

Azyaşlı oğlunun ölümünə səbəb olan anaya ömürlük həbs cəzası verilib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Virciniya ştatında gerçəkləşib.

Övladının qida çatışmazlığından, acından ölümündə təqsirli bilinən "veqan" qadın ömürlük həbs cəzasına məhkum edilib.

Bildirilir ki, 38 yaşlı vegeterian qadın Şeyla O'Liri oğlu Ezra O'Lirinin tək meyvə, tərəvəz və ana südü ilə qidalandırmaqla ölümündə günahlandırılıb.

Məhkəmə Şeylanı "birinci kateqoriyalı öldürmə halı"nda təqsirli bilib.

Məlum olub ki, qadının 3 və 5 yaşlı uşaqları da yetərli qidalarla bəslənməyib və onlarda da bir sıra xəstəliklər aşkarlanıb.


Etiketlər:  Övladını acından öldürdü Ömürlük həbs cəzası aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ