Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreş Pakistana “həmrəylik səfəri” təşkil edəcək

Quterreş Pakistana “həmrəylik səfəri”  təşkil edəcək

Tarix: 30 Avqust 2022 23:02

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin sentyabrın 9-da daşqınlar nəticəsində 1000-dən çox insanın həyatını itirdiyi Pakistana "həmrəylik səfəri" edəcəyi bildirilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda BMT Baş katibinin sözcüsü Stefan Dujarrik açıqlama verib.

Quterreşin daşqınlardan ən çox zərər çəkmiş bölgələrə gedərək köçkün ailələri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 1200-ə yaxın insan həyatını itirib, milyonlarla insan daşqınlardan zərər çəkib.

Milli.Az


Etiketlər:  Quterreş Pakistana həmrəylik səfəri təşkil edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ