Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səs-küy salan qadın sərnişin təyyarədən qovuldu

Səs-küy salan qadın sərnişin təyyarədən qovuldu

Tarix: 31 Avqust 2022 19:50

"Jetstar" sərnişini oturacağında oturmaqdan imtina edərək təyyarədə qalmaqal yaradıb və uçuşdan uzaqlaşdırılıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazır.

Avstraliyalı turist "Jetstar" təyyarəsi ilə Phuketdən Sidneyə qayıdırmış. Şahidlərin sözlərinə görə, qız koridorda oturmalı idi, lakin sərnişin bununla razılaşmayıb və isterikaya başlayıb - o, vəziyyətdən yüksək səslə şikayət etməyə başlayıb və stüardessalardan onu başqa yerə oturtmağa tələb edib.

Ekipaj üzvləri ilə uzun sürən polemikadan sonra avstraliyalı sərnişinləri incitməyə, onları təhqir etməyə və münaqişələr yaratmağa başlayıb. Sonda stüardessalar qalmaqal edən qızı uçuşdan uzaqlaşdırmaq qərarına gəliblər - o, sərnişinlərin gurultulu alqışları altında və Tailand hava limanının təhlükəsizlik işçiləri müşayiəti ilə təyyarəni tərk edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Səs küy salan qadın sərnişin təyyarədən qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ