Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

84 yaşlı nənəsini yandırdı - Qəribə səbəb

84 yaşlı nənəsini yandırdı - Qəribə səbəb

Tarix: 1 Sentyabr 2022 18:36

Filippində on bir dini qohum günahlardan təmizlənmə mərasimi üçün nənələrini oda atıblar.

Sonxeber.net bildirir ki, bu haqda "Rappler" xəbər verir.

Şərqi Misamis əyalətinin Balivaqan kəndindən olan bir ailənin üzvləri 20 yaşlı dini lider Krisanto Ersilya başda olmaqla, 84 yaşlı Teofila Kamonyayı yandırıblar. Gənc oğlan özünü Filippin Xeyirxah Missionerlər Assosiasiyasının qurucusu Tomas Eugenionun ruhuna sahib olan guru elan edib. 2004-cü ildə dünyasını dəyişən din xadimi özünün Müqəddəs Ruhun təcəssümü olduğunu iddia edib.

Yaşlı qadının başına gələnləri görən qonşular tələsik hadisə yerinə gələrək ritualı dayandırıblar. Onlar zərərçəkmişi xəstəxanaya aparıblar, o, daha sonra çoxsaylı yanıqlardan dünyasını dəyişib. Polis Ersilyanın özü də daxil olmaqla 7 şübhəlini həbs edib. Digər dörd din üzvü azadlıqdadır.

Hüquq-mühafizə orqanları əvvəllər belə bir şey görmədiklərini bildiriblər. "Belə cinayətlərə inanmaq çətindir. Onun övladları və nəvələri də daxil olmaqla, 11 qohum ritualda iştirak edib", - deyə müstəntiq Robert Con Qaldo bildirib.

Müstəntiqlərin məlumatına görə, Ersilya nənəsini bəzi "böyük günahlara" görə döydükdən sonra məzhəbin qohumlarını qadını oda atmağa razı salıb. Ersilya və digər şübhəlilər qətldə ittiham olunacaqlar.

İrfan Vəliyev


Etiketlər:  yaşlı nənəsini yandırdı Qəribə səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ