Tarix: 27 Sentyabr 2019 17:20
UEFA Apellyasiya Komitəsi Slovakiya millisinə verdiyi cəzaları yüngülləşdirib.
Qol.az Slovakiya mətbuata istinadən xəbər verir ki, qurum yığmaya verilən azarkeşsiz oynama cəzasını ləğv edib. Bundan başqa, Slovakiya Futbol Federasiyasına verilən 20 min avroluq pul cəriməsi də 15 min avroya endirilib.
Sentyabrın 9-da Avro-2020-nin seçmə mərhələsində keçirilən Macarıstan – Slovakiya görüşündə (2:1) azarkeşlərin qeyri-etik davranışları hər iki komandanın cəza almasına səbəb olmuşdu.
Xatırladaq ki, Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsinin E qrupunda Macarıstan, Xorvatiya, Uels və Slovakiya ilə mübarizə aparır.