Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Respublika Partiyası: “Ən pis proqnozlar özünü doğruldur”

Ermənistan Respublika Partiyası: “Ən pis proqnozlar özünü doğruldur”

Tarix: 1 Sentyabr 2022 22:24

"Bütün ən pis proqnozlar gerçəkləşməkdə davam edir".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan yerli news.am saytına müsahibəsində deyib.

Armen Aşotyan görüşdən öncə Hikmət Hacıyevin Brüsseldən sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılmasını gözlədiklərini söylədiyini xatırladıb.

"Görüşdən sonra Ermənistan hökuməti mətbuata açıqlama yayaraq bizi çaşdırmağa, guya Qarabağ problemindən danışdıqlarını söyləməyə başladılar. Əslində isə Bakının tələbləri yerinə yetirilir: xarici işlər nazirlərinə bir ay ərzində layihəni, yəni işçi qrupunu müzakirə etmək tapşırılıb", O, deyib.

Armen Aşotyanın iddiasına görə, Nikol Paşinyan hökuməti bununla Qarabağdan qurtulmaq istəyir.


Etiketlər:  Ermənistan Respublika Partiyası proqnozlar özünü doğruldur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ