Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın millimiz Maltaya qalib gəldi

Qadın millimiz Maltaya qalib gəldi

Tarix: 3 Sentyabr 2022 08:36

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Səfərdə Malta komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Millinin qollarını 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub.  Bu qələbə ilə xalını 6-ya çatdıran millimiz turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Komandamız seçmə mərhələdə son oyununu sentyabrın 6-da, "Dalğa Arena"da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Qadın millimiz Maltaya qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ