Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qıcqırmaq'' faydalıdır? Fermentləşmiş ərzaqlar sağlamlıq üçün vacibdir

''Qıcqırmaq'' faydalıdır? Fermentləşmiş ərzaqlar sağlamlıq üçün vacibdir

Tarix: 3 Sentyabr 2022 21:33

Fermentləşmiş qida məhsulları (təbii qıcqırma yolu ilə alınmış) haqqında məlumat azdır, odur ki, onların necə istifadə edilməsi barədə alimlərin və həkimlərin aydın təsəvvürü yoxdur. Bu məhsulların çeşidi böyükdür, təbii qatıq və dəymiş pendirdən başlamış çörək kvası, şərab, pivə, çay göbələyi, turşu kələmə, soya sousu, daha ekzotik kim-çi, tempe, miso və s. qədər.

Bir neçə in vitro və in vivo tədqiqatların fermentləşmiş məhsulların sağlamlığa faydası haqqında verdiyi məlumatlar, əsasən, bu cür qidanın antimikrob xüsusiyyətlərinə dairdir (çünki probiotiklərlə zəngindir).

Hesab olunur ki, fermentləşmiş məhsullar qaraciyər və mədə-bağırsaq traktı funksiyasını yaxşılaşdırır, dispepsik pozuntuların qarşısını alır, immuniteti gücləndirir, antioksidant və şiş əleyhinə təsirə malikdir. Hətta mərkəzi sinir sistemi orqanlarının funksiyalarına müsbət təsir göstərə bilər.

Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, bu tədqiqat müəlliflərinin fikrincə, fermentləşmiş qidanın müsbət təsiri tərkibində yüksək miqdarda qlükuron turşusu, polifenollar, fenollar və B qrup vitaminləri, o cümlədən fol turşusunun olması ilə bağlıdır.

Bununla belə, dəqiq məlumdur ki, fermentləşmiş məhsulların hamilə və əmizdirən qadınların, habelə böyrək, ağciyər və qaraciyər funksiyasının ciddi pozuntuları olan şəxslərin istifadəsinə ciddi əks-göstərişlər var. Mədə şirəsi turşuluğunun artması və ya mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin olması da bu ərzaqlarla ehtiyatla davranmağı tələb edir və ən azı kəskinləşmə dövründə onların istifadəsini istisna edir. MBT problemləri varsa, bu cür qida məhsulları meteorizmi artırır.

Milli.Az


Etiketlər:  Qıcqırmaq faydalıdır Fermentləşmiş ərzaqlar sağlamlıq üçün vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ