Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 20:44
ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində hava limanının əməkdaşı Beechcraft King Air C90A ikimühərrikli təyyarəsini oğurlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə apnews.com məlumat yayıb.
Hava limanında tanker kimi işləyən 29 yaşlı Kori Ueyn Patterson yanacaqla tam dolu təyyarə ilə havaya qalxaraq onu Walmart supermarketinə çırpacağını vəd edib.
Patterson havaya qalxaraq təyyarəni Walmart supermarketinə çırpacağını vəd edib. Bundan sonra insanlar supermarketdən və ətrafdan təxliyə edilib.
Pilotla əlaqə yaradan polis danışıq aparıb və onu eniş etməyə razı sala biliblər.
Patterson saxlanılıb və terror təhdidində ittiham olunub.