Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 07:16
Kremlin mətbuat katibi Dmitri Peskov Ramzan Kadırovun Çeçenistan rəhbəri postunu tərk etməsi ilə bağlı sözlərinə münasibət bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü Kadırovun Çeçenistana rəhbərlik etməyə davam etdiyini söyləyib.
"Bu məlumatlar hələ reallaşmayıb, o, regiona rəhbərlik etməyə davam edir",-deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Ramzan Kadırov "Telegram" kanalında paylaşım edərək 15 ildən artıq müddətdə Çeçenistana rəhbərlik etdiyini və qədərindən artıq vəzifədə qaldığını bildirib.
"Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifədə çox qalan yeganə adamam. Çox qaldığımın özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun tətilə tam layiqəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz", - deyə o vurğulayıb.