Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yaxın beş ildə Avropa Rusiya qazından imtina edə bilməyəcək” - Nikolay Şulqinov

“Yaxın beş ildə Avropa Rusiya qazından imtina edə bilməyəcək” - Nikolay Şulqinov

Tarix: 6 Sentyabr 2022 07:56

Avropa hətta 2027-ci ilə qədər Rusiya qazından imtina edə bilməyəcək.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Nikolay Şulqinov Vladivostokda keçirilən "VII Şərq İqtisadi Forumu"nda deyib.

Onun sözlərinə görə, tam imtina Avropa İttifaqı sənayesinin, o cümlədən kimya sənayesinin dayanmasına gətirib çıxaracaq.

Onun fikrincə, qarşıdan gələn qış fəsli işlərin real vəziyyətini göstərəcək. Avropa yalnız LNG istehsalını artıran ABŞ-a arxalana bilər.

Rusiya həmçinin LNG tədarükünü artırmaq və Çinə boru kəmərləri çəkməklə qaz hasilatını saxlamağı planlaşdırır.

Uzunmüddətli planlaşdırma yalnız "Sibir-2"nin ildə 50 milyard kubmetr əlavə həcm təmin edəcəyini nəzərdə tutur.

Şulqinov qeyd edib ki, 2030-cu ilə qədər LNG istehsalında əhəmiyyətli artım gözlənilir.

Hazırkı mərhələdə bu rəqəm 30 milyondursa gələcəkdə istehsalın 80-100 milyona qədər artırılması nəzərdə tutulur.

Nazir həmçinin bildirib ki, hazırda Rusiya müstəqil olaraq iri və kiçik su elektrik stansiyaları üçün avadanlıq və turbinlər istehsal edir.

O, böyük su elektrik stansiyasının tikintisi üçün ölkədə mühəndis kadrların peşəkarlığını xüsusi qeyd edib.

Rusiya üçün 2050-ci ilə qədər yeni enerji strategiyasının hazırlanmasına gəlincə, onun müddətləri gələn ilin ortalarına qədər təxirə salınıb. Bu qərar sənayedəki vəziyyətin dəyişməsi ilə əlaqədar qəbul edilib.


Etiketlər:  Yaxın beş ildə Avropa Rusiya qazından imtina edə bilməyəcək Nikolay Şulqinov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ