Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 15:38
Amerikalı aktrisa Cennifer Lourens "Vogue" jurnalının oktyabr sayının üz qabığnda yer alıb.
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, fevral ayında ana olan 32 yaşlı ulduz ilk dəfə oğlunun cinsiyyətini açıqlayıb. O, oğul anası olduğunu bildirib.
"Bütün həyatım, onun hər saniyəsi dəyişdi", - analıq hissi haqda danışan aktrisa deyib.
Uşağın adı amerikalı rəssam Say Tvomblinin şərəfinə verilib. Belə ki, həmin rəssamın işləri körpənin atası Kuk Maroninin çox xoşuna gəlir. Maroni sənətşünas və qalereyaçıdır.
Qeyd edək ki, Kukla Cennifer 2018-ci ildən birlikdədir. Cütlüyün toyu 2019-cu ildə olub.