Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 23:32
Türkiyə "Qalatasaray"ı Fransanın PSJ komandasından argentinalı futbolçu Mauro İkardini icarəyə götürüb.
Sonxeber.net "report"a istinadən bildirir ki, 29 yaşlı hücumçu "Cim-Bom"la müqavilə imzalamaq üçün İstanbula gəlib.
Təcrübəli forvard cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın "Barselona", İtaliyanın "Sampdoriya" və "İnter" klublarında çıxış edib.