Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 08:24
"Zaporojye Atom Elektrik Stansiyasının bağlanması üçün səbəblər varsa, elektrik stansiyasını bağlaya bilərik".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyinin rəis müavini Oleh Korikov deyib.
Korikov bildirib ki, elektrik stansiyası öz elektrik enerji ehtiyatını qarşılayır, lakin elektrik enerjisi kəsildiyi halda ehtiyat dizel generatorları işə salınmalıdır.
O, həmçinin Rusiyanın Ukraynaya hücumu səbəbindən dizel ehtiyatlarını doldurmağın son dərəcə çətin olacağını qeyd edib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Elektrik stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlarda bir-birini günahlandırır.