Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəzintiyə çıxan qadın istidən öldü

Gəzintiyə çıxan qadın istidən öldü

Tarix: 8 Sentyabr 2022 19:06

Böyük Kanyonda bir neçə günlük gəzintiyə çıxan amerikalı turist həddindən artıq istidən yıxılaraq ölüb.

Sonxeber.net bildirir ki, bu barədə "The New York Post" yazıb.

Milli Park Xidməti bildirib ki, 59 yaşlı səyahətçi Delfina Martines (Delphine Martinez) Kolorado çayı yaxınlığındakı "Thunder River" cığırına çatdıqdan sonra huşunu itirib və ərazidə oriyentasiyasını itirib. Onun qrupundan olan digər turistlər qadını diriltməyə çalışsalar da, Martines ölüb.

Səyahətçinin ölümünü araşdıran Kokonino dairəsinin tibbi ekspertləri faciənin ən çox ehtimal olunan səbəbi kimi həddindən artıq istiləri göstərirlər. Qeyd olunur ki, qadının öldüyü gün daxili kanyonda temperatur Farenqeytlə 100 dərəcəyə (37,7 dərəcə Selsi) çatıb.

Martinesin 2022-ci ildə Böyük Kanyonda ölən beşinci turist olduğu bildirilib. İyun ayında kanyonda temperatur 104 dərəcə Farenqeyt (40 dərəcə Selsi) çatdıqda, başqa bir kanadalı səyahətçi parkda ölüb.

İrfan Vəliyev


Etiketlər:  Gəzintiyə çıxan qadın istidən öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ