Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 18:24
Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişafı Fondunun məlumatına görə yaxın gələcəkdə təhsilin inkişafı istiqamətində fiziki və hüquqi şəxslər ianələr edə biləcəklər . İstənilən insan könüllü olaraq bu istiqamətdə öz töhfəsini verə bilər. Bir məsələni qeyd edək ki, zaman-zaman bəzi valideynlər tərəfindən məktəblərdə müxtəlif adlar altında pul yığılması ilə bağlı iddialar səsləndirirlər. Təbii ki, onlar arasında təsdiqini tapan da olur, tapmayan da. Dəfələrlə bununla bağlı süjetlər təqdim etmişik. Bu zaman sual yaranır ki, ianələr dediyimiz neqativ halları aradan qaldırmağamı yönəldilib?
Ayrı-ayrı vaxtlarda məktəblərdə müxtəli adlar altında pul yığılması ilə bağlı xəbərlər yayılır. Bəzi valideynlər bununla bağlı iddialar səsləndirirlər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı bu iddialar arasında təsdiqini tapan da olur, tapmayan da. Elm və təhsil naziri Emin Əmrullayev ötən il dekabrın 21-də keçirdiyi brifinqdə bu məsələ ilə bağlı sualına cavabında bildirmişdi ki, məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. ''Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi"-deyə o əlavə etmişdi
Bugün Nazirliyin Tabeliyində olan Təhsilin İnkişafı fondu açıqlama yaydı ki, yaxın vaxtlarda həm fiziki, həm də hüquqi şəxslər ölkəmizdə təhsilin inkişafı üçün ianələr edə biləcəklər. Bu açıqlama bir məsələni aktuallaşdırır. Veriləcək ianələr məhz sadalanan neqativ halların qarşısını almaq üçünmü atılır ? Fondun sədri Elnur Nəsibov məsələyə aydınlıq gətirib
Bəs ianələr hansı istiqamətdə xərclənəcək ?
Fond sədri əlavə edib ki, toplanan ianələr məktəblərin təmirinə, yeni laboratoriyaların yaradılmasına və başqa məqsədlər üçün də istifadə oluna bilər.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu bu məsələdə xarici ölkələrin təcrübəsindən də istifadə edəcək.