Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 18:46
Rusiyada Sverdlovsk vilayətində məhkəmə azyaşlı qızı zorlayan 34 yaşlı keçmiş rayon polis əməkdaşını və onun əvvəllər məhkum olunmuş 42 yaşlı tanışını müvafiq olaraq 16 və 20 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Kişilər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin 4-cü bəndinin "b" ("Zorlama"), 132-ci maddəsinin 4-cü bəndinin "b" bəndi ("Seksual xarakterli zorakılıq hərəkətləri") və 119-cu maddənin 1-ci bəndi ("Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə") təqsirli bilinib. Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı cəzasını ciddi rejimli koloniyada, şəriki isə xüsusi rejimli koloniyada çəkəcək.
Məlumata görə, 2021-ci il sentyabrın 25-də Pervouralsk şəhərində təqsirləndirilən şəxslər azyaşlı qızı aldadaraq mənzilə daxil edib və ona qarşı zorakılıq ediblər. Uşaqla keçmiş polisin dostunun tanış olduğu məlum olub.
Müstəntiqlər 30-dan çox şahidi dindirib, bir sıra müayinələr, o cümlədən molekulyar-genetik və psixoloji psixiatrik müayinələr aparılıb. Hər iki təqsirləndirilən şəxs saxlanılaraq həbs edilib.
İrfan Vəliyev