Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda silahlı insident - Ehtiyatsızlıqdan özünü güllələdi

Bakıda silahlı insident - Ehtiyatsızlıqdan özünü güllələdi

Tarix: 10 Sentyabr 2022 10:38

Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə sentyabın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən "İj" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda silahlı insident Ehtiyatsızlıqdan özünü güllələdi


RƏYLƏR