Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 22:32
Moldovanın Mülki Aviasiya İdarəsi "Air Moldova" milli aviaşirkətinə Moskvaya uçuşların bərpasını qadağan edib.
Sonxeber.net report-a istinadla xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Qeyd olunub ki, qərar mətbuata və sərnişinlərin nəzərinə çatdırılıb.
Moldovanın Baş nazirin müavini Andrey Spinu bildirib ki, təhlükəsizlik səbəbi ilə Moldova Mülki Aviasiya İdarəsi ölkənin aviaşirkətlərinə Rusiyaya uçuşlar həyata keçirməyi qadağan edən direktiv qəbul edib.
Onun sözlərinə görə, qərar qəbul edilərkən Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin Rusiyanın hava operatorlarına verdiyi bütün icazələrin dayandırılması faktı nəzərə alınıb.