Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2019 01:16
İspaniya La Liqasında 7-ci turun oyunları davam edir.
Qol.az xəbər verir ki, ötən gün daha dörd qarşılaşma keçirilib.
“Barselona” “Xetafe” səfərində qələbəyə sevinib - 2:0. "Atletik” evdə “Valensiya”ya uduzub - 0:1. “Qranada” doğma meydanda “Leqanes”i 1:0 udub.
Turun mərkəzi görüşü Madriddə olub. “Atletiko” öz meydanında lider “Real”la qarşılaşıb. Matçda qol olmayıb.
Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” bu gün “Real Sosyedad”la üz-üzə gələcək.
28 sentyabr
"Atletik" – "Valensiya" - 0:1
Qol: Çerışev, 27
"Xetafe" – "Barselona" - 0:2
Qol: L.Suares, 41. Junior, 49
"Qranada" – "Leqanes" - 1:0
Qol: Puertas, 28
"Atletiko" – "Real" - 0:0
29 sentyabr
14:00 "Espanyol" – "Valyadolid"
16:00 "Eybar" – "Selta"
18:00 "Alaves" – "Malyorka"
20:30 "Levante" – "Osasuna"
23:00 "Sevilya" – "Real Sosyedad"
Turnir cədvəlinə 15 xalla "Real" başçılıq edir. "Qranada" 14 xalla 2-ci, eyni xala malik "Atletiko" 3-cü, "Barselona" isə 13 xalla 4-cüdür.