Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İraqda İŞİD-in 11 terrorçusu məhv edildi

İraqda İŞİD-in 11 terrorçusu məhv edildi

Tarix: 11 Sentyabr 2022 15:04

İraq təhlükəsizlik qüvvələri İŞİD-in 11 terrorçusunu məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, silahlılar Ənbar və Diyala əyalətlərində antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.

Əməliyyatı ölkənin daxili işlər və müdafiə nazirlikləri birgə aviasiyanın dəstəyi ilə həyata keçirib.

2017-ci ildə İraq hökuməti İŞİD üzərində qələbəni elan etsə də, qruplaşma üzvləri Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar əyalətlərində kəndlərə hücumları davam etdirir.

Milli.Az


Etiketlər:  İraqda İŞİD in 11 terrorçusu məhv edildi


RƏYLƏR