Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda silahlı insident zamanı yaralanan azərbaycanlıların adları açıqlandı

İstanbulda silahlı insident zamanı yaralanan azərbaycanlıların adları açıqlandı

Tarix: 12 Sentyabr 2022 13:54

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11.09.2022 tarixində axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan xəbər verilib.

Konsulluq yaralı həmyerlilərimizin adlarını açıqlayıb:

1. Rakif Əliyev

2. Mahrec Kərimov

3. Azər Amanov

4. Qulam İbrahimov

"Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək", - qeyd olunub.

Milli.Az


Etiketlər:  İstanbulda silahlı insident zamanı yaralanan azərbaycanlıların adları açıqlandı


RƏYLƏR