Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 19:16
Amerikalı turist Romada Madonna dei Monti meydanında fəvvarənin pilləkənlərində yeyib-içdiyinə görə 450 dollar cərimələnib.
Sonxeber.net bildirir ki, bu barədə "The Insider" xəbər verir.
Nəşrin məlumatına görə, 55 yaşlı səyyah əlində dondurma və pivə ilə 1589-cu ildə tikilmiş memarlıq abidəsinin yanında əyləşib. Bu zaman polis ona yaxınlaşıb və cərimə yazıb.
Amerikalının sözlərinə görə, o, İtaliyada mövcud qanun haqqında heç nə bilmirdi. Belə ki, 2017-ci ildə respublikanın səlahiyyətli orqanları "tarixi əhəmiyyəti olan" fəvvarələrin yaxınlığında yeyib-içməyi, habelə orada çimməyi və ya içərisinə əşya atmağı qadağan edib.
İrfan Vəliyev