Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 19:56
Nominal dəyəri bir qəpik olan sikkə Moskva vilayətinin sakini tərəfindən 6,9 milyon rubla (təxminən 115 min dollar) satışa çıxarılıb.
Sonxeber.net bildirir ki, müvafiq elan məşhur satış saytında yer alıb.
Lotun təsvirində satıcı, onun fikrincə, sikkənin nə üçün dəyərli olduğuna dair 12 arqument göstərib. "Bir nömrəli dəyər - bir qəpik bir rubla qənaət edir; iki nömrəli dəyər - bu sikkə Kuzminki Parkının meşələrində tutulan dovşan cəsədindən çıxarılıb; üç nömrəli dəyər - kənar sərt bir obyekt tərəfindən yeyilib. Yəqin ki, Kuzminkidəki dovşan bu sikkəni uzun müddət dişləyib", - deyə kişi qəpiyin tarixini bölüşüb.
Rus vurğulayıb ki, bu, bütün reklam saytındakı "ən bahalı sikkə"dir.
İrfan Vəliyev