Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 21:22
UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, "Qəbələ"nin U-19 komandası da 1-ci mərhələdə mübarizəyə başlayıb.
UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilib. Matc.az xəbər verir ki, "Qəbələ"nin U-19 komandası da 1-ci mərhələdə mübarizəyə başlayıb.
Azərbaycan çempionu səfərdə Xorvatiya təmsilçisi "Hayduk"la ilk oyununu keçirib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda bir neçə təhlükəli vəziyyət yaradıb. 19-cu dəqiqədə Xəyal Səmədovun yaddaqalan zərbəsini rəqib qolkiper dəf edib. Hissənin ortalarında fəallığı artıran meydan sahibləri 25-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti ilə hesabı açıb. İlk qoldan fasiləyədək azarkeşlər qarşılıqlı hücumlar izləsə də, hesab dəyişməyib.
İkinci hissəyə hər iki komanda əvəzetmələrlə başlayıb. Fasilədən az sonra "Hayduk" daha bir qol vurub. Oyunda dönüş yaratmağa çalışan "qırmızı-qaralar"ın heyətində Mehrac Baxşalı fərqlənməyə yaxın olub. Onun zərbəsini qapıçı dəf edib. Matçın sonlarında "Qəbələ" fəallığı daha artırıb. Sənan Ağalarovun zərbəsinin qarşısını yenə qolkiper alıb. Mehrac Baxşalının cərimə zərbəsi yaddaqalan alınsa da, çərçivəyə düşməyib. Ardıcıl hücumlar edən "qırmızı-qaralar" rəqibin təhlükəli həmləsinin qarşısını ala bilməyib və xorvatiyalılar üçüncü qolu vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, ilk oyun
12 sentyabr
Hayduk - Qəbələ 3:0
Qol. Vrtsiç, 24-pen. Kaluşiç, 51. Nazor, 83.