Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 13:38
"Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin "Nant"la ev oyunu öncəsi mətbuat konfransına qatılıb. Qurbanov II turun sabah baş tutacaq matçı barədə fikirlərini açıqlayıb: "Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbir versin".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nant" qarşılaşması saat 20:45-də başlayacaq.