Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO)

Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO)

Tarix: 29 Sentyabr 2019 21:12

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir.

Trend-in məlumatına görə, festival çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub. Yüngül metal hissəciklərdən hazırlanan "Nəsiminin ruhu" əsərin müəllifi rəssam, videoart ustası, heykəltəraş və dizayner, qeyri-adi işıq və kölgə instalyasiyalarının müəllifi Rəşad Ələkbərovdur.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, xarici qonaqlar iştirak edib.

Rəşad Ələkbərov Trend-ə deyib ki, əsərin ideyası Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam" beytindən götürülüb:

"Hər kəs insan ruhunu özünə görə mülahizə edir. Mənim fikrimcə, ruh insanın həyati gücüdür, insan isə ruhla bədənin vəhdətidir. Mən instalyasiyanı dəmir hissəciklərlə elə düzəltmişəm ki, hər tərəfdən təkcə obrazın xətlərini yox, həm də ətraf aləmi görmək mümkün olsun. Bu onu ifadə edir ki, Nəsiminin yaradıcılığı, fikirləri və irsi bütün bəşəriyyətə açıqdır və harmoniyaya, gözəlliyə və mükəmməlliyə çağırır".

Sonda Tallinn oğlanlar xorunun (Estoniya) ifasında konsert keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO) Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO)


Etiketlər:  Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub FOTO


RƏYLƏR