Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan bu məsələni uzatmağa çalışır''

''Ermənistan bu məsələni uzatmağa çalışır''

Tarix: 14 Sentyabr 2022 16:57

"Sentyabrın 13-də saat 00:15-dən başlayaraq Ermənistan qoşunları Kəlbəcər, Laçın, Zəngəzur, Daşkəsən istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərinə iri çaplı silahlardan atəş açmağa başlayıblar. Azərbaycan Ordusu da bunun layiqli cavabını verdi. Ermənilərin aylardır sərhəddə törətdiyi təxribatlar səbəbindən nəticənin belə olacağını gözləyirdik. Onlar nə zaman hücuma keçəcəklərini bilirdilər".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ermənilər bu təxribatı ona görə törədirlər ki, avqustun 31-də Paşinyan Brüsseldə üçtərəfli görüşdə iştirak etdi və orada razılaşdırıldı ki, bir ay müddətində XİN nazirləri görüşsünlər, sülh müqaviləsinin mətni hazırlansın, yenidən noyabrda Brüsseldə görüş keçirilsin: "Həmin görüşdən qayıdandan sonra Paşinyan Rusiya prezidenti ilə əlaqə saxladı. Mirzoyan isə Moskvaya çağırıldı, Lavrovla əlaqə saxladı, görüşdü, sonra Moskvadan gələn Vardanyan Rusiya vətəndaşlığından çıxıb gəlib Xankəndində yaşayacağını və oranı dirçəldəcəyini bildirdi. Bu yeni bir proyektdir. Bunu politoloqlar və siyasi ekspertlər qiymətləndirirlər ki, Paşinyanın devrilməsi üçün onun yerinə Rusiya tərəfindən hazırlanan yeni bir namizəddir".

Elşad Həsənov sözlərinə belə davam edib: "Ermənistan daxilində sabitliyin olmaması, müxalifətin Paşinyanı hakimiyyətdən yıxması və eyni zamanda xaricdəki erməni lobbisi Paşinyanın sülh müqaviləsi bağlamasına razı olmadıqlarına görə belə bir təxribat törətdilər. Bu təxribat nəticəsində də artıq bizdə də itkilər var. 50 şəhid vermişik, ancaq ermənilərdən itkilər daha çoxdur. 150-200 nəfər arası, hətta 300 nəfərə yaxın olması haqqında da erməni mətbuatı yazır.

Bu gün də yenidən erməni tərəfi bizə atəş açıblar, atəşkəsi pozublar və öz mətbuatları onların müdafiə nazirinin yaydığı bəyanatda göstərir ki, guya Azərbaycan yenidən onlara hücum edib. Yəni, bunlar bu qədər şərəfsiz, vicdansız və əclaf insanlardır. Özləri hadisəni törədir və onu da Azərbaycanın adına çıxardırlar. Biz bilirik ki, bunu monitorinq edən Rusiya-Türkiyə qrupu var. Mən elə güman edirəm ki, onlar öz analizlərini, ekspert rəylərini verəcəklər.

Bildiyiniz kimi bu gün BMT-də Fransanın təşəbbüsü ilə təhlükəsizlik şurası Ermənistanla Azərbaycan sərhədində baş verən insidentlə əlaqədar toplanır və onların hansı məsələlər qəbul edəcəyi hələ məlum deyil. Ancaq bircə bildiyim odur ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi 29 il təsirsiz qaldı. BMT-nin əlində heç bir təsir dairəsi yoxdur ki, həmin onun qəbul etdiyi hansısa qərar yerinə yetirilsin. Bizim 4 qərar yerinə yetirilmədi. Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində həmin qərarlar yerinə yetirildi.

Çox təəssüf ki, bizim 50 nəfər şəhidimiz var. Onların hər biri bizim üçün çox dəyərlidir. Allah onlara rəhmət etsin. Ailələrinə səbr diləyirəm, xalqımıza başsağlığı verirəm və bunun nəticəsi təbii ki, Ermənistan üçün çox ağır olacaq. Ermənistan artıq sülh müqaviləsindən qaçmağa, bu məsələni uzatmağa çalışır. Bu da təbii ki, təkcə Ermənistanın yox, onların havadarlarının planlarıdır. Ancaq indiki müasir Azərbaycan dövləti qardaş Türkiyə ilə buna yaxın zamanda son qoyacaq. İşğal altında olan digər torpaqlarımız da azad olunacaq, Azərbaycan ərazisindəki digər yaraqlılar anti-terror tədbiri həyata keçirib məhv ediləcək. Azərbaycan öz sərhədlərini bərpa edəcək və Ermənistanı sülhə məcbur edəcək".


Etiketlər:  Ermənistan məsələni uzatmağa çalışır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ