Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb

Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb

Tarix: 15 Sentyabr 2022 10:08

Zəngilan rayonunun Ağalı kənd orta məktəbində 29 ildən sonra bu gün ilk zəng çalınıb.

Milli.Az xəbər verir ki, tədris ilinin ilk günü münasibətilə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, digər rəsmilər və media nümayəndələri iştirak edib.

Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.

Milli.Az


Etiketlər:  Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb


RƏYLƏR