Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bir nəfər "KamAz" qoşqusunun altında qalaraq ölüb

Bakıda bir nəfər

Tarix: 15 Sentyabr 2022 13:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KamAz" markalı yük avtomobilinin qoşqusu aşıb, qoşqunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Bakıda bir nəfər KamAz qoşqusunun altında qalaraq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ