Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 10:26
Son günlər Ermənistanın Azərbaycana qarşı cəbhədə əl atdığı hərbi təxribata qərəzli münasibət göstərən İranın "Noandish" saytı yazıb:
"Bakı ilə Ermənistan arasında gərginlik yenidən artıb və görünür, Əliyev Türkiyə və İsrailin dəstəyinə arxalanaraq son məqsədinə, yəni İranla Ermənistan arasında sərhəd əlaqəsini kəsməyə can atır.
Ermənistanla Azərbaycan sərhəd toqquşmaları yenidən iranlı istifadəçilər arasında reaksiya dalğasına səbəb olub və onlar Tehranla İrəvan arasında tarixi əlaqələrə, həmçinin Sünik vilayətinin geosiyasi əhəmiyyətinə toxunaraq, Əliyev hakimiyyətinin ekspansionizminə qəti reaksiyanın zəruriliyindən danışırlar.
Bununla əlaqədar, iranlı istifadəçi İrəvanda İran bayrağının dalğalanmasını əks etdirən aşağıdakı şəkli yerləşdirib və yazıb:
"Müsəlman ölkəsinin paytaxtında İsrail bayrağı, xristian paytaxtında isə bizim bayrağımız, eyni dilə, dinə görə Əliyevə dəstək verilməsinin lazım olduğunu deyənlər indi haradadırlar?!".