Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni yazılan təhqirlərə cavab verdi - FOTO

Azərbaycanlı müğənni yazılan təhqirlərə cavab verdi - FOTO

Tarix: 16 Sentyabr 2022 12:20

"Heç bir məşhurun cavab verə bilməyəcəyi sualım var: Niyə biz məşhurları hamı söyür?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai deyib. Sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşımlar etmədiyi üçün tənqid olunan ifaçı yazılanlara reaksiya verib:

"Biz insanlığı dəstəkləyirik, ancaq yaradıcılığımızla. Biz artistlər dünyada heç nəyi həll etmirik. Bütün aqresiv insanlar, bizdən uzaq olun. Biz bütün dünyada sülh tərəfdarıyıq. Ancaq söhbət Vətəndən gedirsə, hər kəs onu dəstəkləmək məcburiyyətindədir. Mənim ölkəm Azərbaycanda matəmdir. Bu o deməkdir ki, mən yaz tutmalıyam".

Nəvai bildirib ki, onu təhqir edənləri qara siyahıya atır:

"Musiqi yeganə xilasdır. Yeganı amildir ki, sərhəd tanımır. Tənha olanda səninlə olan yeganə amil və gözəl psixoloqdur. Şükür ki, tanrı mənə bu istedadı verib və mən bunu bölüşürəm. Bizim musiqini bütün dünyada dinləyirlər".

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni yazılan təhqirlərə cavab verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ