Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 20:36
Türkiyəli usta aktyor Fırat Tanış bir vaxtlar spirtli içki düşkünü olduğunu etiraf edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Fırat qonaq olduğu televiziya proqramında keçmişdəki problemlərindən danışıb.
Aktyor alkoqoldan xilas olmaq üçün uzun müddət müalicə aldığını bildirib:
"Müalicə almasaydım indi bu yerlərdə olmazdım. Bu problemdən əziyyət çəkən insanlar üçün nümunə olmaq istəyirəm. Öz potensialınızın fərqinə varın və iradəli olun. Əgər alkoqola davam etsəydim indi harada olardım bilmirəm" aktyor deyib.