Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikro sahibkarlıq subyekti işlətdiyi obyekti vergi orqanında uçota almasa...

Mikro sahibkarlıq subyekti işlətdiyi obyekti vergi orqanında uçota almasa...

Tarix: 16 Sentyabr 2022 21:26

Vergi orqanında uçota alınaraq VÖEN əldə edən mikro sahibkarlıq subyekti işlətdiyi obyekti vergi orqanında uçota almadan satış həyata keçirə bilərmi?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisinin həmin Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və ya təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 40 manat məbləğində, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Buna əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektin vergi orqanında uçota alınmamasına görə mikro sahibkarlıq subyekti olan vergiödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.


Etiketlər:  Mikro sahibkarlıq subyekti işlətdiyi obyekti vergi orqanında uçota almasa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ