Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 18:35
"Avroviziya" təmsilçilərimizdən olan Samirə Efendi əcnəbi fanatlarının tənqidinə tuş gəlib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bundan sonra sənətçi instaqramında paylaşım edərək onlara cavab verib.
"Əziz dostlar, son vəziyyətlə bağlı sizlərə müraciət etmək istəyirəm. Müharibə və təcavüzə qarşıyam. Hansısa ölkədə olmağım oranın siyasətini dəstəkləyirəm anlamına gəlmir. Musiqini silaha, eyni zamanda siyasətin qurbanına çevirməyək. İndi çətin ərəfədəyik, aqresiya yox, sevgi yayın" deyə, o yazıb.
İfaçı daha sonra "Ölkəmi hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm də. Allah bütün şəhidlərə rəhmət eləsin" deyə, Samirə paylaşımında qeyd edib.