Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə...

ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə...

Tarix: 17 Sentyabr 2022 22:30

"ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq və o, gələn həftə vəzifəsinin icrasına başlayacaq".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

"Ümid edirik ki, onun köməyi ilə biz Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəyik", - Nuland qeyd edib.

Qeyd edək ki, hazırda Birləşmiş Ştatların Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsi boşdur. 62 yaşlı səfir Con Sallivan sentyabrın 4-də Moskvanı tərk edib.

Xatırladaq ki, o, bu vəzifəyə 2019-cu ilin dekabrında ABŞ-ın əvvəlki Prezidenti, respublikaçı Donald Tramp tərəfindən təyin edilib.


Etiketlər:  ABŞ Rusiyadakı səfiri dəfə


RƏYLƏR