Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiselyovun Krımda maşınlarını yandırdılar - FOTO

Kiselyovun Krımda maşınlarını yandırdılar - FOTO

Tarix: 17 Sentyabr 2022 23:38

Tanınmış jurnalist Dmitri Kiselyovun villasının yanında yanğın törədilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, yanğın nəticəsində Kiselyovun "Lənd Rover" və qolfkarı (qolf maşını) yanıb.

Bildirilib ki, maşınlar jurnalistin şərab zavodunun balansında olub.

Koktebelin Ayvazovski küçəsində baş verən yanğın hadisəsi müşahidə kameralarına düşüb. Videodan aydın olur ki, yanğın qəsdən törədilib: hücum edən üzünü bağlayıb, başına kapüşon keçirib, əl izi düşməməsi üçün əlcək geyinib.

Təhqiqatçıların fikrincə, hədəf olaraq məhz Kiselyovun villası seçilib.

Qolfkar və "Lənd Rover" tam yanıb, kül olub.

Qeyd edək ki, Kiselyovun şərab zavodu da Koktebeldə, villasının yaxınlığında yerləşir.

Kiselyov Ukraynada Rusiyanın hərbi əməliyyatının əsas təbliğatçılarından biridir.

Milli.Az


Etiketlər:  Kiselyovun Krımda maşınlarını yandırdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ